Bağdadda ikiqat partlayış baş verib.
Baki-xeber.com-un utro.ru saytına istinadən xəbərinə görə, partlayıcı qurğular Bağdadaın bazarında işə salınıb. Yerli mətbuatın xəbərinə görə, onlardan birini intiharçı-bombaçı qadın törədib. RİA”Novosti” partlayışlar nəticəsində 25 nəfərin öldüyünü, 44 nəfərin isə yaralandığını xəbər verir.
Hələlik partlayışların məsuliyyətini heç bir terrorçu qrup öz üzərinə götürməyib.
Xatırladaq ki, İraqda İŞİD üzündən gərgin vəziyyət davam etməkdədir. Elə ötən həftə baş verən terakt nəticəsində 94 nəfər ölmüş, 150 nəfər isə yaralanmışdı. Ötən bazar günü qaz emalı zavodunda törədilən partlayışda isə 14 nəfər həyatını itirmişdi.