Dünən Avstriyanın paytaxtı Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin aprel eskalasiyasından sonra ilk görüşü olub.
Baki-xeber.com-un artıq xəbər verdiyi kimi, görüşdə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin nümayəndələri qismində Rusiya XİN başçısı Sergey Lavrov, ABŞ dövlət katibi Con Kerri, Fransa XİN başçısı Jan-Mark Eyro və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.
Xəbərə görə, görüşdə 5 məsələ ətrafında razılıq əldə olunub. Bunlar aşağıdakılardır:
1. Atəşkəs haqqında müqaviləyə və münaqişənin sülh yolu ilə tənzimlənməsinə əməl olunması;
2. Zorakılığın artması risqini azaltmaq üçün ATƏT-in istintaq mexanizmləri üzərində işlərin daha tez zamanda bitirilməsi;
3. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mövcud İdarəsinin səlahiyyətlərinin genişləndirilməsi;
4. Beynəlxalq Qırmızı Xaç Komitəsinin himayəsi altında itkin düşmüş şəxslər haqqında məlumat mübadiləsini davam etdirmək;
5. İyun ayında hər iki tərəf arasında razılaşdırılmış yerdə danışıqların növbəti mərhələsinin keçirilməsi.