ATƏT-in Minsk Qrupu Ermənistan və Azərbaycan prezidentlərinin Vyanada keçirilmiş görüşünün nəticələri ilə bağlı bəyanat yayıb.
Baki-xeber.com-un xəbərinə görə, bəyanatda ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfləri 1994-cü və 1995-ci illlərdə imzalanmış atəşkəs rejiminə dair razılaşmaya riayət etməyə çağırır. Bəyanatda bildirilir ki, prezidentlər atəşkəs haqqında müqaviləyə və münaqişənin sülh yolu ilə həll edilməsinə sadiqliyi təsdiq ediblər. Zorakılığın artması risqinin azaldılması məqsədilə onlar ATƏT-in istintaq mexanizmi üzərində işlərin daha tez bir zamanda bitirilməsinə razılaşıblar.
Prezidentlər, həmçinin, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mövcud İdarəsinin səlahiyyətlərinin genişləndirməsi barədə razılığa gəlib. Eyni zamanda, Beynəlxalq Qırmızı Xaç Komitəsinin himayəsi altında itkin düşmüş şəxslər haqqında məlumat mübadiləsini davam etdirmək barədə razılıq əldə olunub.
Prezidentlər iyun ayında danışıqların növbəti mərhələsinin keçirilməsi barədə razılığa gəlib.