Bu dəqiqələrdə Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan dövlət başçısı Serj Sarkisyan arasında görüş başlayıb.
Baki-xeber.com-un RİA”Novosti”yə istinadən xəbərinə görə, danışıqlarda ATƏT-in Minsk Qrupunun həmsədrləri qismində Rusiya və Fransa XİN başçıları Sergey Lavrov, Jan-Mark Eyro və ABŞ dövlət katibi Con Kerri də iştirak edir. Eyni zamanda görüşdə dövlət katibinin müavini Viktoriya Nuland və Azərbaycan və Ermənistan XİN başçıları da təmsil olunur.
Qeyd edək ki, bu, Qarabağda aprel ayında yaşanan dördgünlük müharibənin ardından iki ölkə prezidenti arasında ilk görüşdür.