Avstriyanın paytaxtı Vyanada Rusiyanın XİN başçısı Sergey Lavrovla ABŞ dövlət katibi Con Kerri arasında görüş keçirilir.
Baki-xeber.com-un EAdaily saytına istinadən xəbərinə görə, RF XİN sözçüsü Mariya Zaxarova özünün facebook səhifəsində görüş öncəsi Lavrovun əhvalının çox gözəl olduğunu və jurnalistlərlə söhbətində "bizim mövqeyimiz doğru və aşkardır, utanmalı bir işimiz yoxdu” dediyini yazıb.
Xəbərə görə, Vyanada həmçinin, Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyan arasında görüşün keçirilməsi planlaşdırılır. Qarabağ nizamlanması üzrə danışıqlarda, eyni zamanda, Minsk Qrupunun həmsədrləri qismində ABŞ dövlət katibi və Fransa XİN başçısının işrirakı gözlənir.
Xəbərdə o da bildirilir ki, prezidentlərin görüşüb-görüşməyəcəyi Lavrov və Kerri arasında gedən danışıqların nəticələrindən asılı olaraq müəyyənləşəcək.