Türkiyənin xüsusi xidmətinin Elazığ vilayətində keçirdiyi reyd zamanı "İslam dövləti” terrorçu təşkilatının başçılarından olan bir nəfər ələ keçib.
Baki-xeber.com-un Lenta.ru-ya istinadən xəbərinə görə, ondan əlavə, əməliyyat zamanı terror təşkilatının cəlladı da tutulub.
Türkiyənin NTV kanalı xəbər verir ki, əməliyyatçılar İŞİD tərəfdarlarının yaşadığı bildirilən 6 ünvanda reyd keçirib, nəticədə 7 nəfər gözaltına alınıb ki, onlardan biri də terror qruplaşmasının yerli özəyinin başçısıdır. Ələ keçən "F.Ş” insiallı cəlladın Suriya ərazisində bir çox edamları yerinə yetirdiyi bildirilir. Əməliyyatçılar eyni zamanda onlardan xeyli sayda mühüm sənədlər götürüblər.