ABŞ prezidenti Barak Obama Nyu-Cersi ştatındakı Rutgers Üniversitetinin məzun buraxılışında etdiyi çıxışında prezidentliyə şanslı sayılan namizədlərdən olan milyarder Donald Trampın "bostanına daş atıb”.
Baki-xeber.com-un sputnik-ə istinadən xəbərinə görə, o ad çəkmədən müsəlman və meksikalıların ölkəyə girişinə yasaq qoymağı özünün seçki platformasına daxil edən namizədi qınayıb. Müasir dövrdə olkələrin bir-birindən asılı hala gəldiyini vurğulayan ABŞ prezidenti "sərhədə divar hörməyin” iqtisadiyyatın inkişafına səbəb olmayacağına, təhlükəsizliyin təmin olunmasına isə heç nə verməyəcəyini bildirib.
Obama deyib ki, özümüzə kömək etmək istəyiriksə, buna başqalarına yardım etməklə başlamalıyıq və "körpülərin yandırılması” söhbət mövzusu olmamalıdır.