Türkiyə kəşfiyyatı 19 may günü İŞİD-in hədəfində Anıtqəbir və Ankaranın Cebeci səmtindəki bir əsgəri hissə olduğunu ortaya çıxarıb.
Xəbərə görə, İŞİD-in İnternet səhifələrini və Konstantiniye adlı jurnalını nəzarətə götürən kəşfiyyat orqanları 19 may günü Atatürkü Anma Gənçlik və İdman Bayramında Anıtqəbirin hədəfə alındığını təsbit edib. Eyni zamanta terrorçu təşkilatın hərbi hissələrə də hücumlar planladığı bəlli olub.
Habertürk-dən Enis Yıldırımın xəbərinə görə, Milli İstihbarat Teşkilatı (MİT) IŞİD-in hədəfində ABŞ Səfirliyinin yaxınlığında, Ankaranın Cebeci səmtindəki hərbi hissənin də hədəfdə olduğunu ortaya çıxarıb. Bu məqsədlə 10 nəfərin Qaziantep səmtindən ölkəyə daxil olduğunu bildirən MİT terrorçuların, Ankara başda olmaqla, 10 fərqli ünvanda terror planladığını aşkarlayıb.
Digər tərəfdən 3 may tarixində Şanlıurfada bir zibil konteynerində tapılan intiharçı kəməri və şübhəli əşyalar təhlükəsizlik güclərini hərəkətə gətirib. Kod adı Hüseyin Al Ali olan bir nəfərin yanında gətirdiyi bu əşyaları başqa bir şəxsə verdiyini aşkarlayan kəşfiyyat onun kimliyinin təsbit olunması yönündə axtarışa başlayıb.
Kəşfiyyatdan gələn xəbərlər nəticəsində ölkənin Baş Əmniyyət Müdirliyi 81 şəhərə terror xəbərdarlığı edib və alınan tədbirlərin bir daha gözdən keçirilməsini tövsiyə edib.