ABŞ prezidentliyinə namizəd Hilları Klinton prezident seçiləcəyi təqdirdə ölkə iqtisadiyyatının dirçəldilməsini əra Bill Klintona həvalə edəcək.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə ABC News xəbər yayıb. Xanım Klinton deyib ki, o bu işi çox gözəl bacarır və ərinin bacarığı xüsusilə atılmış vəziyyətdə olan kömür mədənlərinin bərpasında ona yardımçı olacaq.
Ümumiyyətlə isə, seçki kampaniyası dövründə etdiyi çıxışlarda o daim ərinin təcrübəsindən yararlanacağını bildirib. Bill Klinton isə fevral ayında bir tədbirdə qeyd edib ki, "Hillari ilə evli olmasaydıq daha yaxşı olardı”.