Ötən gecə İstanbulda daha bir partlayış həyəcanı yaşanıb.
Baki-xeber.com-un Sputnik-ə istinadən xəbərinə görə, bir üst keçidin altına atılan paketdəki partlayıcının işə düşməsilə partlayış baş verib.
Olay 00.00 radələrində meydana gelib. D-100 şosse yolunun Maltepe hissəsində körpünün altına atılan səs bombası böyük bir gurultu ilə partlayıb, nəticədə 4 nəfər xəsarət alıb. Xəstəxanaya qaldırılan yaralıların həyati təhlükəsi olmadığı bildirilir.
Olayla bağlı araşdırma aparılır.