Bu gün Azərbaycan, Gürcüstan və Türkiyə Müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək.
Baki-xeber.com-un Müdafiə Nazirliyinin mətbuat xidmətindən əldə etdiyi məlumata görə, Qəbələ şəhərində yerləşən Heydər Əliyev Konqres Mərkəzində Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Gürcüstanın Müdafiə naziri xanım Tinatin Xidaşeli və Türkiyə Respublikasının Milli Müdafiə naziri İsmət Yılmaz üçtərəfli formatda bir araya gələcək.