"İslam dövləti” terrorçu təşkilatı Dərbənddə baş verən və 17 nəfərin yaralanması ilə nəticələnən hücumun məsuliyyətini üzərinə götürüb.
Baki-xeber.com-un daha öncə xəbər verdiyi kimi, mayın 14-də terrorçuların gizləndiyi ehtimal edilən mənzil ətrafında əməliyyat keçirilib. Əməiyyat zamanı qarşı tərəfin atəş açması nəticəsində xüsusi təyinatlıların bir üzvü – cinayət-axtarış rəisi həlak olub, 17 nəfər yaralanıb. "Reuters”in xəbərinə görə, İŞİD ətrafında əməliyyat keçirilən dəstənin təşkilat üzvləri olduğunu bəyan edib.
Qeyd edək ki, keçirilən əməliyyat nəticəsində 4 terrorçu məhv edilib. Lakin nların kimliyi və terrorçu təşkilatla əlaqələrinin detalları açıqlanmır.