Dərbənddə polislərin atəşə məruz qaldığı rayonda 4 nəfər silahlı məhv edilib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə RİA”Novosti” özünün hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, polis silahlıların gizləndiyi mənzil ətrafında xüsusi əməliyyat keçirib. İlkin məlumata görə mənzilə hücum nəticəsində 4 silahlı məhv edilib. Lakin daha dəqiq məlumat əməliyyat tamam bitdikdən və xüsusi təyinatlılar mənzilə daxil olduqdan sonra veriləcək.
Xəbərdə o da bildirilir ki, hücum zamanı 2 polis həlak olub, 15 nəfər isə yaralanıb. Ölənlərdən birinin OMON üzvü və cinayət-axtarış şöbəsinin rəisi olduğu xəbər verilir.
Hazırda Dərbənddə silahlılarla polis arasında qızğın döyüş gedir.