Naməlum şəxslər Almaniyanın Ştralzund şəhərində kansler Merkrlin seçki dairəsindəki ofisinin qəbul otağının qapısına donuz kəlləsi mıxlaytıb.
Bu barədə baki-xeber-.com lenta.ru saytına istinadən xəbər verir. Xəbərə görə, kəllənin üzərində təhqiramiz ifadələr yazılıb. Yerli hakimiyyət orqanları bunun ölkənin miqrasiya siyasəti ilə bağlı olduğunu düşünür.
Qeyd edək ki, Avropada yaşanan miqrant böhranı Almaniyanı daha dərindən silkələyib. Belə ki, ötən il ölkəyə tam 1 milyon miqrant axın edib. 2016-cı ilin ötən 4 ayında isə bu say 190 min təşkil edir. Müsəlmanların donuz ətini haram saydığına diqqət çəkən yerli orqanlar son hadisənin də müsəlman ölkələrindən buraya miqrasiya etmiş insanlar tərəfindən törədildiyi qənaətindədir.