Uktayna Birləşmiş Millətlər Təşkilatının tribunasından Beynəlxalq məhkəməyə çağırış edib.
Baki-xeber.com-un lenta.ru-ya istinadən xəbərinə görə, Kiyev Donbasda kütləvi insan qırğınının səbəbkarı olaraq Rusiyanı hərbi cinayətdə suçlayıb və Beynəlxalq məhkəmədə RF barəsində cinayət işinin açılmasını tələb edib. Eyni zamanda özlərini respublika elan etmiş Donetsk və Luqansk liderlərinin də məsuliyyətə cəlb olunması istənilib.
Rəsmi Kiyev bunu hazırkı situasiyada ən doğru yol hesab edir və bildirir ki, bu yolla günahkarların cəzalanmasına və zərərçəkənlərin kompensasiya almasına nail olmaq mümkündür.
Xatırladaq ki, Donbasda hərbi əməliyyatlar 2014-cü ilin aprelindən davam edir. BMT-nin hesabatına görə, ötən müddət ərzində münaqişə qurbanlarının sayı 9 min nəfərə çatıb. Kiyev baş verənlərdə Rusiyanı günahlandırsa da, Moskva deyilənləri qətiyyətlə təkzib edir.