İrəvanda etiraz aksiyası başlayıb.
Baki-xeber.com-un erməni mətbuatına istinadən xəbərinə görə, aksiya iştirakçıları bir sıra tələblər irəli sürüblər. Həmin tələblər aşağıdakılardır:
1. Dövlət büdcəsindən həlak olan əsgərlərin ailələrinə azı 30.000 dollar, yaralananların ailəsinə azı 5.000 dollar təzminat ödənilməsi;
2. Xarici işlər naziri Edvard Nalbandyanın, müdafiə naziri Seyran Ohanyanın, baş qərargah rəisi Yuri Xaçaturovun, onun müavini Aykaz Baqramyanın insan ölümlərinə səbəb olan fəaliyyətsizlikləri üzündən vəzifədən götürülməsi, parlamentin vitse-spikeri Ermine Naqdalyanın daşıdığı bütün vəzifələrdən azad olunması;
3. Keçmiş SPİSA rəhbəri Miqran Poqosyanın Panamadakı ofşor zonadan gələn gəlirinin tamamilə dövlət büdcəsinə ödənilməsi;
4. Ermənistanın 100 oliqarxının hərəsinin dövlət büdcəsinə 10 milyon dollar ödəməsinin təmin olunması;
5. Qarabağ üzrə hər hansı sənədin imzalanmasından çəkinmək, status-kvonun saxlanmasını təmin etmək və əraziyə sülhməramlıların yerləşdirilməsinin qarşısını almaq.