Bazar ertəsi günü, 02 noyabr 2026
     

Azərbaycan Parlamentində Ermənistanın "Qarabağ aprel təxribatları" müzakirəyə çıxdı

Image


Müdafiə Nazirliyi Ermənistanın aprel təxribatının əsl məqsədini açıqladı

Ötən aprel ayında cəbhə xəttində baş vermiş hadisələr zamanı ermənilərin 320-dən artıq hərbçisi məhv edildi, 500-dən artıq hərbçisi yaralandı, 30 tankı və digər zirehli texnikası, 25-dən artıq artireliya qurğusu məhv edildi. "Trend"in məlumatına görə, bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı dünən Milli Məclisdə keçirilən "Təmas xəttində son hadisələr: Beynəlxalq humanitar hüququn problemləri" adlı dinləmələrdə deyib.
V.Dərgahlı bildirib ki, Ermənistan tərəfi aprel hadisələrinə qədər daim digər ölkələri münaqişəyə cəlb etmək üçün təxribatlar törədib.
O deyib ki, 2014-cü ildə prezidentlərin noyabr ayında görüşündən sonra Ermənistan tərəfi Dağlıq Qarabağ ərazisində böyük hərbi təlim keçirdi: "Yəni Ermənistan tərəfi həmin dövrdə gərginliyə hesablanmış bir addım atdı. O dövrdə Ermənistan tərəfi məqsədyönlü şəkildə gərginlik yaratdı. Ermənistan, təmas xəttindən başqa, sərhəddə olan ərazilərdəki mövqelərimizi də atəşə tuturdu və bununla da başqa ölkələri münaqişəyə cəlb etməyə çalışırdı".
V.Dərgahlı bildirib ki, 2015-ci ilin payızından başlayaraq Ermənistan tərəfi qoşunların təmas xəttinə yaxın ərazilərdə və sərhəddə mülki əhalini atəşə tuturdu: "2016-cı ilin mart ayından başlayaraq Ermənistan tərəfi əhalini atəşə tutmağı daha da gücləndirdi. Vəziyyəti gərginləşdirmək məqsədilə artilleriya qurğularından həm döyüş mövqelərimizi, həm də təmas xəttinə yaxın olan yaşayış məntəqələrini atəşə tuturdu. Ötən aprel ayının 2-nə keçən gecə bütün mövqelərimizi, eyni zamanda mülki əhalini atəşə tutdular. Azərbaycan tərəfindən adekvat tədbirlər görülməsi ilə bağlı qərar qəbul edildi və cavab zərbələri endirildi. Düşmən müdafiəsinin ön xəttində və dərinliyində yerləşən koordinatları müəyyənləşdirildi, canlı qüvvəsi və hərbi texnikası məhv edildi".
V.Dərgahlı bildirib ki, bu hadisələr zamanı Azərbaycan Ordusunun çox az hissəsi istifadə olundu.

"Avropa bir milyon qaçqının qarşısında özünü itirmişdi, Azərbaycan isə bu problemi təkbaşına həll edir"

Avropa bir milyon qaçqının qarşısında özünü itirmişdi, Azərbaycan isə bu problemi təkbaşına həll edir. "Trend"in məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov dünən Milli Məclisdə keçirilən "Təmas xəttində son hadisələr: Beynəlxalq humanitar hüququn problemləri" adlı dinləmələrdə deyib.
Nazir müavini bildirib ki, Ermənistan münaqişənin həlli ilə bağlı proseslərdə daim öz maraqlarına uyğun təxribatlar törədib: "Biz indiyə qədər təmas xəttində ermənilərin geniş təxribatlarının şahidi olmuşuq. Məqsəd isə odur ki, Ermənistan vaxt qazansın, təcavüzün nəticələrinin aradan qaldırılması məsələsi arxa plana keçsin və Ermənistana uyğun olan həll prosesi başlansın. Lakin Azərbaycan bu planların həyata keçməsinə imkan verməyib".
X.Xələfov deyib ki, ötən aprel ayında baş verən hadisələrin əsas səbəbkarı da təcavüzkar siyasəti özünün dövlət siyasətinə çevirən Ermənistan tərəfi olub.
Nazir müavini qeyd edib ki, Azərbaycan erməni təcavüzü nəticəsində böyük humanitar problemlərlə üzləşib: "Azərbaycan təcavüz nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşən insanların həyat şəraitini yaxşılaşdırmaq, humanitar problemi aradan qaldırmaq üçün tədbirlər görür. Biz bu işləri 1996-cı ildən beynəlxalq təşkilatların köməyi olmadan davam etdirmişik. Bunu dünya birliyi də qiymətləndirir".
X.Xələfov vurğulayıb ki, Avropa bir milyon qaçqının qarşısında özünü itirmişdi, Azərbaycan hökuməti isə bu problemin öhdəsindən təkbaşına gəlir.
Nazir müavini vurğulayıb ki, Ermənistanın əsas məqsədi atəşkəsi pozmaqla, böyük silahlardan istifadə etməklə Azərbaycanda yeni humanitar problem yaratmaq, Azərbaycanın daxili sabitliyini pozmaq və yeni təcavüz siyasətinə başlamaq idi: "Bu çox təhlükəli addımdır. Mən inanıram ki, dünya birliyi bunu dərk edir. Düşünürəm ki, ona görə dünya birliyi çox böyük səylə atəşkəsin bərpa edilməsinə çağırışlar etdi. Yenə də bu çağırışlar fonunda Ermənistanın əsl üzünü gördü. Azərbaycan birtərəfli qaydada atəşi dayandırdı, buna baxmayaraq, ermənilər aprel döyüşləri zamanı itirdikləri əraziləri qaytarmaq üçün hücumları davam etdirdilər. Amma Azərbaycan Ordusu həmişə olduğu kimi bunun qarşısını aldı, Azərbaycan vətəndaşlarını qorumağa qadir olduğunu göstərdi".
Nazir müavini deyib ki, Azərbaycan öz torpaqlarını azad etmək üçün bütün imkanlardan istifadə edəcək: "Biz həmişə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT qətnamələrinə istinad edirik, digər nüfuzlu təşkilatlar da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı analoji mövqeyi sərgiləməkdədir. Amma bir məsələni də demək lazımdır. BMT qətnamələri də Azərbaycana qarşı ədalətsiz kontekstdə qəbul olunmuş qətnamələrdir. Bu qətnamələr təcavüzə qarşı qətnamələr deyil. Bu qətnamələr BMT nizamnaməsinin təcavüz aktı bölməsinə uyğun qəbul olunmayıb, münaqişələrin sülh yolu ilə həll olunması bölməsinə uyğun qəbul edilib. Ona görə də bu qətnamələr bu günə qədər yerinə yetirilmir. Amma beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. BMT Təhlükəsizlik Şurası müvafiq tədbirlər görmədiyi halda hər bir ölkə özü tədbirlər görmək hüqüquna malikdir. Azərbaycan bu hüququ özündə saxlayır".
X.Xələfov bildirib ki, Ermənistanın işğalçı qoşunlarının Azərbaycan ərazilərində mövcud olması həm regionda, həm də ümumilikdə dünyada təhlükəsizliyə ən böyük təhdiddir: "Mən inanıram ki, həmsədrlər də, beynəlxalq birlik də status-kvonun dəyişməli olduğunu deyərkən bunu nəzərə almalıdır. Çünki status-kvonun dəyişməsi üçün Ermənistanın işğalçı qüvvələri Azərbaycan ərazisindən çıxarılmalıdır".
Nazir müavini qeyd edib ki, təcavüz dövründə Ermənistan Azərbaycana qarşı böyük cinayətlər törədib: "Həm humanitar, həm də soyqırım cinayətləri törədib. Mən Xocalı soyqırımını xüsusi qeyd etmək istəyirəm. Buna hələ dünyada hüquqi qiymət verilməyib. Bu, beynəlxalq hüquqa bir ləkədir. Bunun məsuliyyəti BMT-nin üzərinə düşür. Azərbaycanın işi haqq işidir. Biz gec-tez öz torpaqlarımızı işğaldan azad edəcəyik və təcavüz nəticəsində baş vermiş cinayətə görə Ermənistanın cinayətkar hərbi-siyasi rəhbərliyi cavab verməli olacaq".

Azərbaycan hərbçilərinin meyitləri ermənilər tərəfindən necə təhqir olunub...

"Cəbhə xəttində aprel hadisələri zamanı həlak olan Azərbaycan hərbçilərinin meyitləri ermənilər tərəfindən təhqir olunub". "Trend"in məlumatına görə, bunu hərbi prokurorun böyük köməkçisi, polkovnik Səfər Əhmədov dünən Milli Məclisdə keçirilən "Təmas xəttində son hadisələr: Beynəlxalq humanitar hüququn probemləri" adlı dinləmələrdə deyib.
O qeyd edib ki, Azərbaycan tərəfinə təhvil verilmiş hərbi qulluqçularımızın meyitlərinə baxış zamanı meyitlərin təhqir edildiyi məlum olub: "Onlar öldükdən sonra meyitləri üzərində təhqiramiz hərəkətə yol verilib. Məsələn, bir neçə hərbi qulluqçunun qulaq seyvanı kəsilib, gözü çıxarılıb, qarın boşluğu yarılıb".
S.Əhmədov bildirib ki, bununla bağlı Tərtər Hərbi Prokurorluğu tərəfindən cinayət işi başlanıb, hazırda istintaq aparılır: "Eyni zamanda 26-28 aprel tarixində Tərtər rayonu Əksipara kəndi atəşə tutulub. Kənd ərazisində pambıq sahəsində partlamamış top mərmisi aşkar edilib. Onun zəhərli, 122 mm çaplı top mərmisi olduğu üzə çıxıb. Cinayət işlərinin istintaqı davam etdirilir".

Aprel hadisələri ilə bağlı Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsinə 2 şikayət göndərilib

Aprel ayında erməni silahlı birləşmələrinin cəbhə xəttində törətdiyi cinayətlərlə bağlı artıq Avropa İnsan Haqları Məhkəməsinə ərizələr göndərilib. Bunu da Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov dünən Milli Məclisdə keçirilən "Təmas xəttində son hadisələr: Beynəlxalq humanitar hüququn probemləri" adlı dinləmərdə deyib.
Onun sözlərinə görə, Avropa Məhkəməsinə artıq 2 şikayət göndərilib: "Avropa Məhkəməsi bu şikayətlərə baxmağa qərar verib".
PA rəsmisi qeyd edib ki, vətəndaşlar baş verən cinayətlərlə bağlı ərizələrlə müraciət edib: "Avropa Məhkəməsinə ərizələr vəkillər tərəfindən göndərilməlidir. Yaxın vaxtlarda bu şikayətlərlə bağlı kommunikasiya başlansa, Azərbaycan tərəfi müvafiq addımlar atacaq".
Ç.Əsgərov vəkillərdən əldə etdiyi məlumatlara əsasən bildirib ki, Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış evlərlə də bağlı Avropa Məhkəməsinə müraciətlər yaxın vaxtlarda göndəriləcək: "İnsanlar dəymiş ziyana, evlərinin dağılmasına görə Avropa Məhkəməsinə müraciət etməlidirlər, çünki Avropa Konvensiyasına görə onların hüquqları pozulub. Mən onları Avropa Məhkəməsinə müraciətlə bağlı ərizələr hazırlamağa dəvət edirəm".

Ermənilərin aprel təxribatı ilə bağlı 32 cinayət işi açılıb

"Ötən aprel ayında ermənilər tərəfindən mülki əhalinin qəsdən öldürülməsi, əmlakının məhv edilməsi ilə bağlı Tərtər, Ağdam, Füzuli, Ağcabədi prokurorluqlarında 32 cinayət işi açılıb".
Bunu isə Baş Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin rəisi Nazim Abbasov dünən Milli Məclisdə keçirilən "Təmas xəttində son hadisələr: Beynəlxalq humanitar hüququn probemləri" adlı dinləmələrdə deyib.
N.Abbasov deyib ki, 641 yaşayış evinə ziyan dəyib, dağılıb: "Ermənistan beynəlxalq humanitar hüquq normalarını pozub. 6 nəfərin ölümünə səbəb yaşayış məntəqələrinə atılmış mərmilər olub".
O deyib ki, sübutların toplanması istiqamətində işlər davam etdirilir.
Xəbər xidməti 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ