Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin Qəbələdə görüşü planlaşdırılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəsmi dəvəti ilə mayın 14-də Gürcüstanın müdafiə naziri xanım Tinatin Xidaşeli və Türkiyənin milli müdafiə naziri İsmət Yılmazın Azərbaycana rəsmi səfəri planlaşdırılır.
Səfər çərçivəsində Qəbələ şəhərində nazirlər arasında təkbətək və üçtərəfli formatda danışıqlar nəzərdə tutulub.