Aprel ayında erməni silahlı birləşmələrinin cəbhə xəttində törətdiyi cinayətlərlə bağlı artıq Avropa İnsan Haqları Məhkəməsinə ərizələr göndərilib. Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov bu gün Milli Məclisdə keçirilən "Təmas xəttində son hadisələr: Beynəlxalq humanitar hüququn probemləri" adlı dinləmərdə deyib.
Onun sözlərinə görə, Avropa Məhkəməsinə artıq 2 şikayət göndərilib: "Avropa Məhkəməsi bu şikayətlərə baxmağa qərar verib".
PA rəsmisi qeyd edib ki, vətəndaşlar baş verən cinayətlərlə bağlı ərizələrlə müraciət edib: "Avropa Məhkəməsinə ərizələr vəkillər tərəfindən göndərilməlidir. Yaxın vaxtlarda bu şikayətlərlə bağlı kommunikasiya başlansa, Azərbaycan tərəfi müvafiq addımlar atacaq".