"Cəbhə xəttində aprel hadisələri zamanı həlak olan Azərbaycan hərbçilərinin meyitləri ermənilər tərəfindən təhqir olunub". Trend-in məlumatına görə, bunu hərbi prokurorun böyük köməkçisi, polkovnik Səfər Əhmədov bu gün Milli Məclisdə keçirilən "Təmas xəttində son hadisələr: Beynəlxalq humanitar hüququn probemləri" adlı dinləmələrdə deyib.
O qeyd edib ki, Azərbaycan tərəfinə təhvil verilmiş hərbi qulluqçularımızın meyitlərinə baxış zamanı meyitlərin təhqir edildiyi məlum olub: "Onlar öldükdən sonra meyitləri üzərində təhqiramiz hərəkətə yol verilib. Məsələn, bir neçə hərbi qulluqçunun qulaq seyvanı kəsilib, gözü çıxarılıb, qarın boşluğu yarılıb".