ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt Rusiyanı "nüvə silahına malik Banqladeş” adlandırıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə o, Die Presse alman nəşrinə müsahibəsində bildirib.
"Putin milli məsələ ilə manipulyasiya etməklə diqqəti ölkəsini nüvə silahına malik Banqladeşə çevirdiyindən yayındırmaq istəyir”- qəzet eks dövlət katibindən sitat gətirir. Xanım Olbraytın bu deyiminin əslində tarixçəsi olduğu bildirilir. Belə ki, söhbətlərinin birində o, 90-cı illərdə Moskva yaxınlığında bir rusiyalı sakinlə görüşərkən onun "Mən çox utanıram. Mənim ölkəm superdövlət idi, indi isə nüvə silahlı Banqladeşə çevrilib” dediyini bildirib.
Xatırladaq ki, Madlen Olbrayt daha öncə Rusiyanın məqsədli şəkildə ölkələri provokasiyaya çəkib Suriyada əməliyyat keçirməklə öz nüfuzunu qaldırmağa çalışdığını deyib. Onun sözlərinə görə, "Putinin əlində pis kartlar olsa da, o, onlarla yaxşı oynamağı bacarir”.