İŞİD 4 il öncə təşkilatın sıralarına daxil olaraq üzvlərinin ələ keçməsi istiqamətində iş aparan Rusiya vətəndaşı Elvira Qarayevanı edam edib.
Baki-xeber.com-un EADaily-yə istinadən xəbərinə görə, terrorçular bir müddət öncə ondan şübhələnərək izləməyə başlayıblar. Fox News xəbər verir ki, rusiyalı agent dünən edam olunub. Agentliyin xəbərinə görə, ekstremistlərin dərc etdiyi nəşr yazır ki, Elvira əldə etdiyi məxfi informasiyaları Qafqazdakı mənbəsinə ötürürmüş. Onun, guya terroristlərin başçısına ərə getdiyi, sonradan onu zəhərləyərək öldürdüyü bildirilir.
Qeyd olunur ki, Qarayeva FTB ilə əlaqədə olub.