Dünən İstanbulun Asiya hissəsində - Sancaqtəpə rayonunda hərbi bazanın qarşısında partlayış baş verib.
Baki-xeber.com-un xəbərinə görə, yol kənarında park edilmiş minalanmış avtomobil yanından hərbçilərin avtomobili keçərkən partladılıb. Nəticədə 6 hərbçi və 1 mülki şəxs yaralanıb.
"Yaralılar hazırda xəstəxanadadır. 7 nəfər şüşə qırıntılarından yüngül xəsarət alıb, onlardan biri mülki şəxs, qalanı hərbçilərdir”- CNN Türkə açıqlamasında Sancaqtəpə meri İsmail Ərdəm bildirib. Telekanalın xəbərinə görə, partlayış saat 17:00 radələrində törədilib və adətən bu saatda hərbçilər hərbi bazanı tərk edir.