Diyarbəkirin mərkəz Sur rayonunda partlayış olub.
Baki-xeber.com-un gazetevatan.com-a istinadən xəbərinə görə, saat 22:30 radələrində meydana gələn partlayışın səbəbi hələlik bəlli deyil. İlkin məlumata görə, partlayış nəticəsində 4 nəfər ölüb, 10 nəfər isə yaralanıb.
Şahidlərin sözlərinə görə, əraziyə xeyli sayda təcili yardım maşını gəlib. Şiddəti şəhərin bir çox rayonlarında hiss edilən partlayışın qurbanlarının daha çox olduğu ehtimal edilir.