Krım prokuroru Natalya Poklonskaya bəyan edib ki, Baxçasaray şəhərində "Hizbut-Təhrir” terrorçu qrupunun 4 nəfər davamçısı tutulub.
Baki-xeber.com-un TASS-a istinadən xəbərinə görə, "Hizbut-Təhrir” terrorçu qrupunun burada özəyinin olduğu barədə hüquq-mühafizə orqanlarına informasiya daxil olub. Bu məqsədlə də Krım və Sevastopol üzrə xüsusi əməliyyat keçirilib.Nəticədə terrorçu qrupun 4 üzvü tutulub.
Xəbərə görə, Baxçasaray sakini olan 3 nəfər barəsində "terrorçu təşkilatda fəaliyyət” maddəsilə cinayət işi açılıb. Dördüncü saxlanan isə "terrorçu fəaliyyəti təşkil etməkdə” təqsirli bilinir. "Aşkar edilib ki, tutulanlardan biri terrorçu qruplaşmanın yerli özəyinin rəhbəri olmaqla Baxçasaray ərazısındə gizli antikonstitusion fəaliyyət göstərir və əhali arasında təbliğat aparır”- prokuror deyib.
Xatırladaq ki, daha öncə Moskvada sözügedən terror qruplaşmasının üzvü Erik Karmatski tutularaq Tatarıstana etap edilib. Onun təşkilat tərəfindən verilən əsas vəzifəsi Moskvada əhali arasında təbliğat apararaq gənclərin Suriyada döyüşlərə cəlb edilməsi olub. Lakin Tatarıstanın güc strukturları izinə düşərək onu zamanında zərərsizləşdirə bilib.