Bakının Yasamal rayonunda "FORD” və "KAMAZ” markalı yük avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə nəticəsində "FORD" markalı avtomobilin sürücüsü və sərnişini xəsarət alıb. Avtomobilin əzilməsi üzündən sürücü nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq sürücünü avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verib.