İraq hərbçiləri "İslam dövləti” terrorçu qruplaşmasının liderlərindən birini – rabitə və kommunikasiya rəhbərini məhv edib.
Baki-xeber.com-un vesti.ru-ya istinadən xəbərinə görə, bu barədə Iraqi Media News Agency xəbər verib. "Bu səhər hərbçilər Əl-Karma rayonunun mərkəzində əməliyyat keçirdilər. Nəticədə Əl-Fəllucədə İŞİD-in rabitə rəisini və onun doqquz silahdaşını məhv etməyə nail oldular”- deyə agentliyə açıqlamasında İraq ordusunun polkovniki Mahmud Mərdi Cumalı bildirib.