Ermənilər "Avroviziya-2016”-nın ötən gün baş tutan ilk yarımfinalında yenə öz əsl simalarını göstəriblər.
Baki-xeber.com-un Rusiya mətbuatına istinadən xəbərinə görə, bu ölkənin Beynəlxalq musiqi yarışmasındakı təmsilçisi İveta Mukuçyan, əvvəlcədən qadağan edilməsinə baxmayaraq, Dağlıq Qarabağda yaratdıqları qondarma separatçı rejimin bayrağını qaldırmaqla qalmaqal yaranmasına səbəb olub.
Xatırladaq ki, Beynəlxalq yarışmaya hazırlıq getdiyi ərəfədə bir sıra tanınmamış separatçı rejimlərin bayraqlarının yarışma salonuna gətirilməsi qadağan olunmuşdu ki, bu sırada sözügedən rejimin də bayrağı yer alırdı.
Beləliklə Ermənistan, hətta mədəni tədbirlərdə belə, özünün işğalçı mahiyyətindən əl çəkmədiyini dünyaya nümayiş etdirib.