Britaniya Baş naziri Devid Kemeronun kraliça ilə görüşündə maraqlı olay yaşanıb.
Baki-xeber.com-un vesti.ru-ya istinadən xəbərinə görə, Baş nazır kraliça ilə söhbət edərkən mikrofonu söndürməyi unudaraq Nigeriya və Əfqanıstanı "dünyanın ən korrupsiyalaşmış ölkəsi” adlandırıb.
Qeyd edək ki, hər iki ölkə lideri Londonda yaxın günlərdə keçiriləcək korrupsiyaya qarşı sammitdə iştirak üçün buraya dəvət olunub.