Avroparlamentin sədri Martin Şults və assambleyanın siyası fraksiya liderləri Aİ ölkələrinin Türkiyə vətəndaşları üçün viza rejimini ləğv etməsi ilə bağlı müzakirələri dayandırıb.
Baki-xeber.com-un vesti.ru-ya istinadən xəbərinə görə, bu barədə Avroparlamentin deputatı Yudit Sippel məlumat verib. Xəbərə görə, Şults deyib ki, müzakirələr yalnız Türkiyə qarşısına qoyulan 72 şərtə əməl etdikdən sonra davam etdirilə bilər.
Qeyd edək ki, viza rejiminin ləğvi Ankara ilə Brüssel arasında mart ayında qaçqınlarla bağlı əldə olunan razılaşmanın bir hissəsidir. Lakin onun həyata keçməsi üçün Türkiyə Aİ tərəfindən qarşısına qoyulan 72 şərtə əməl etməlidir. Bu şərtlər sırasında bütün üzv ilkələrlə məhkəmə üzrə əməkdaşlıq, korrupsiya ilə mübarizə, Avropolla operativ razılaşmalar, terrorizmlə mübarizə qanunlarına Aİ standartları çərçivəsində yenidən baxılması kimi müddəalar yer alır.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə Avroparlamentin bu mövqeyini kəskin tənqid edib və Ankaranın antiterror qanunlarını dəyişməyəcəyini bəyan edib. Ərdoğan deyib ki, "Türkiyə öz yolu ilə gedir”.