Bazar ertəsi günü, 02 noyabr 2026
     

Ermənistandakı siyasi hakimiyyətin mahiyyəti barədə qeyri-adi qiymətləndirmə...

Image


Arzu Nağıyev: "Bütün bu biznes adamları da siyasi oyunlarda, birbaşa olmasa da, dolayı yollarla iştirak edir"

"Müxtəlif partiyalar, əsasən də millətçi partiyalar xarici xüsusi xidmət orqanlarından, diaspordan maddi vəsaitlər alır"

Son vaxtlar Ermənistanı idarə edən Sarkisyan rejiminə qarşı sərt fikirlər səsləndirilir. Həmin ölkənin daxili auditoriyası və xaricə edilən müraciətlərdə onlarla siyasətçi, sabiq məmur Ermənistanda dövlət adında nəyinsə olmadığını dilə gətirib.
Həmin fikirlərdə səsləndirilir ki, Ermənistan adlı dövlətdə siyasi sistem tamamilə çöküb və hakimiyyəti müəyyən biznes maraqları ətrafında bir araya gələn hərbi-siyasi xunta idarə edir.
Ermənistanın sabiq baş bankiri, iqtisadçı Baqrat Asatryan 4 günlük aprel müharibəsindən sonra ölkədəki ağır ictimai-siyasi və sosial-iqtisadi durumu təhlil edib. O mövcud durumun əsas səbəbi kimi Ermənistandakı korrupsioner-kriminal rejimin varlığını göstərib.
4 günlük savaşın dərslərindən söz açan ekspert öncə prezident Serj Sarkisyanın generalları işdən azad etməsinə münasibət bildirib: "Bu, "günah keçisi" axtarmağa bənzəyir. Çünki ölkədəki problemlər sistemli xarakter daşıyır. Bu sistem isə artıq köhnəlib, işləmir. Mən hərbi strukturlarla az təmasda oluram, ancaq hər dəfə tox generalların simasını görürəm. Buna dözmək artıq mümkün deyil. Biz hamımız yaxşı bilirik ki, əsgərin çörəyi, təhlükəsizliyi simvolikdir, hamımız bilirik ki, bütün bizim sistemimiz kimi, hamı korrupsiyalaşıb".
Onun sözlərinə görə, bu üzdən Ermənistanda ilk növbədə siyasi sistem dəyişməlidir: "İqtisadiyyat haqda deyilənlərin hamısı siyasi həyata da aiddir. Bu sahədə də mütləq monopoliya mövcuddur: hakimiyyəti qəsb edən qüvvə yaxına heç kimi buraxmır. Bilirik ki, ölkədə seçkilər zorakılığın, gücün, "məhəllə uşaqlarının", pulun hesabına keçirilir. Yəni siyasi mühitdə rəqabətlilik istisnadır. Ən böyük rüsvayçılıq isə bizim parlamentdir. Belə prinsiplərlə formalaşan parlament lazım deyil. Onun əsasında da korrupsiya, pul dayanır. Əks halda başa düşmək olmur ki, heç bir iş görməyən, heç nə etməyən konkret adamlar orada necə peyda olub. Ölkədə piramida sistemi qurulub. Bu sistemdə də yalnız bir nəfər fikirləşə bilər, qalanlarının düşünmək hüququ yoxdur. Bizim problemimiz var, lakin birinci şəxs onlar haqda danışmasa, başqalarının danışması məqbul sayılmır".
Sabiq baş bankir daha sonra deyib: "Biz indi başa düşmüşük ki, Ermənistan Respublikasının adını gözdən salmışıq. Biz hətta aşkar hallarda öz səsimizi də itirmişik. Hətta 4 günlük aprel müharibəsindən sonra da hakimiyyətin problemlərə münasibəti dəyişməyib. Ona görə ki, hakimiyyətin özü dəyişməyib. Yadıma gəlmir ki, o günlərdə hansısa məmur əsaslı və dəqiq bir bəyanat versin. Onların hamısı gözləyirdi ki, görək birinci şəxs nə deyəcək. Halbuki, bizim parlamentimiz, hökumətimiz var, onların hər biri müdaxilə etməli idi. Ancaq cınqırları da çıxmadı".
Bu, Ermənistanın daxilində səslənən fikirlərdir. Belə üsulla idarə edilən, dövlət adında nəyinsə olmadığı bir ölkə ilə Dağlıq Qarabağın gələcək taleyinin müəyyənləşdirilməsi bizə nə vəd edir?
Təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev qəzetimizə açıqlamasında bildirdi ki, bu gün Ermənistan iqtisadiyyatının doxsan faizi Rusiya tərəfindən idarə edilir: "Yəni belə bir şəraitda iqtisadi tərəqqidən söhbət belə gedə bilməz. Müxtəlif yollarla külli miqdarda vəsait qazanan biznesmenlər də təbii ki, Rusiya ilə birbaşa əlaqələri olan şəxslərdir. Misal kimi sabiq prezident Köçəryanın Rusiya banklarında idarə heyətinin üzvü və ya sərmayə sahibi olmasını göstərmək olar. Elə də digərləri haqda belə misallar var. Bütün bu biznes adamları da siyasi oyunlarda, birbaşa olmasa da, dolayı yollarla iştirak edir. Müxtəlif partiyalar, əsasən də millətçi partiyalar, o cümlədən "Daşnaksutyun" və digərləri xarici xüsusi xidmət orqanlarından, diaspordan maddi vəsaitlər alır. Sarkisyan və onun cinayətkar komandası isə məhz "Qarabağ klanı" olaraq Dağlıq Qarabağ ərazisində törətdikləri çoxsaylı cinayətlər hesabına və "DQR"ə müstəqillik söz verdikdən sonra hakimiyyəti zəbt edib. Bu gün, nəyin bahasına olursa-olsun, onlar çalışır ki, Dağlıq Qarabağ münaqişəsi həll edilməsin və status-kvonu saxlamaqla hakimiyyətlərinin ömrünü uzatsınlar, digər halda, onların müqəddəratı acı sonluqla yekunlaşa bilər. Məhz belə bir vəziyyətdə onların son güman yeri Rusiyadır. Buna görə də münaqişənin həlli istiqamətində atılan hər bir addımda Rusiyanın dəst-xətti və rolu görünür. Bir sözlə, bu gün Ermənistan bir dövlət kimi yoxdur, Rusiyanın vassalı kimi çıxış edir. Azərbaycanın və ümumiyyətlə beynəlxalq aləmin də işini çətinləşdirən amil budur. Deməli, hər hansı bir danışıqda ermənilər deyil, onların sahibi ilə razılaşmaq lazımdır...".
Məhəmmədəli QƏRİBLİ 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ