Dünən İrəvanda 9 May – faşızm üzərində Qələbənin 71 illiyinin qeyd olunması zamanı yerli medianın nümayəndəsi ilə Ermənistan ordusunun baş qərargah rəisi Movses Akopyan arasında maraqlı anlar yaşanıb.
Baki-xeber.com-un xəbərinə görə, jurnalistlə söhbətində hərbçi müxbirin aprel müharibəsində atəşkəsin əldə olunması ilə bağlı danışıqlarda niyə "DQR”-in nümayəndəsinin deyil, Ermənistan ordusunun baş qərargah rəisinin iştirak etməsilə bağlı suala cavab verə bilməyib. Belə ki, erməni hərbçi "Bu siyasi sualdır”- deyərək cavabdan yayınıb.