İraqın şərqində yerləşən Baakuba şəhərində avtomobilin partladılması nəticəsində 12 nəfər həlak olub, 40-dan çox insan isə yaralanıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə "Royters” polis və səhiyyə orqanlarının açıqlamasına əsasən məlumat verib. Hələlik partlayışın məsuliyyətini heç bir terror təşkilatı öz üzərinə götürməyib.
Qeyd edək ki, İraqda "İslam dövləti” terror təşkilatı ilə bağlı gərgin situasiya hələ də davam edir. 3 ilə yaxındır davam edən bu gərginlik dönəmində terrorçu təşkilat İraq və Suriya ərazisinin əhəmiyyətli hissəsinə nəzarəti ələ keçirməyi bacarıb.