Aprel ayının əvvəllərində döyüş əməliyyatları zamanı yaralanan, dünən Silahlı Qüvvələrin Baş Klinik Hospitalında dünyasını dəyişən zabitimiz, kapitan Savalanov Nəcməddin Akif oğlu "İgidliyə görə" medalı ilə təltif edilib.
Bu barədə baki-xeber.com Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat əldə edib. Məlumatda bildirilir ki, şəhid zabitin medalı bu gün doğulduiğu İmişli rayonunun Göbəktala kəndində ailəsinə təqdim ediləcək.