Bu gün Stokholmda "Eurovision – 2016” mahnı müsabiqəsinin rəsmi açılışı olub.
Baki-xeber.com-un vesti.ru-ya istinadən xəbərinə görə, rəsmi mərasimin ardından "Eurovision” iştirakçılarının qırmızı xalça yürüşü başlayıb. 95 metr uzunluğunda olan xalçadan keçid yerli vaxtla saat 19:00-da start götürüb. Mərasimin açılışını ötən il İsveçə qalibiyyət gətirən Måns Zelmerlöw və müsabiqənin aparıcısı Petra Mede edib. Daha sonra sıra ilə mahnı yarışmasının iştirakçılarının keçidi başlayıb.
Azərbaycan təmsilçisi Səmra Rəhimli 23-cü sırada qırmızı xalçada görünüb, jurnalistlərin suallarını cavablandırıb.