Qroznıda Nəzarət-Buraxılış Məntəqəsinə hücum olub.
Baki-xeber.com xəbər verir ki, iki nəfər məntəqəyə hücum edib, onlardan biri isə özünü partladıb. "İnterfaks”a güc strukturlarından verilən xəbərə görə. hadisə nəticəsində ölən və yaralananlar var.
Xəbərə görə, hadisə yerli vaxtla səhər saat 6:30 radələrində baş verib. Hücumçulardan biri özünü partlatmağa imkan tapıb. Nəticədə Başqırdıstan doğumlu polis məmuru həyatını itirib. Daha 4 polis isə qəlpə yaraları alıb.
Digər hücumçu məhv edilib.