Mayın 8-də qoşunların təmas xəttində düşmənlə atışmada Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, əsgər Heydərov Əli İntiqam oğlu şəhid olub.
Baki-xeber.com bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!