Pakistanın Kəraçi şəhərində tanınmış jurnalist və hüquq müdafiəçisi Xürrəm Zəki qətlə yetirilib. Baki-xeber.com bu barədə BBC-yə istinadən xəbər verir.
Xəbərə görə, jurnalist restoranda şam yeməyi yeyərkən kimliyi bəlli olmayab şəxslər motosikllərdə restoranın önünə gələrək odlu silahdan atəş açıblar. Nəticədə jurnalist ölüb, onun dostu və yoldan keçən bir nəfər isə ağır yaralanıb.
Zəki Let Us Build Pakistan İnternet portalının redaktoru olub. "Taliban”dan qopmuş qrupun üzvü deyib ki, bu onların işidir, çünki o, İslamabaddakı Qırmızı məscidin imamı Abdul Azizə qarşı kampaniya aparır.
Məsələ burasındadır ki, Zəki digər hüquq müdafiəçilərilə birgə Abdul Azizi şiə azlığına qarşı nifrəti qızışdırmaqda və zorakılığa çağırışda ittiham edərək məhkəmədə barəsində iddia qaldırıb.