Moskvada ekstremal şəraitdə özçəkim (selfi) etmək istəyən gənc bu ideyasının qurbanı olub.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə TASS Rusiya XİN-in Nəqliyyat idarəsinə istinadən xəbər yayıb.
Xəbərə görə, insident Kursk istiqamətində gedən qatarda baş verib. Belə ki, gənc oğlan öz fotosunu çəkmək üçün elektrik qatarının damına çıxıb və qeyri-müəyyən şəraitdə həlak olub.