İŞİD terror təşkilatı İraqın qərbində yerləşən Əl-Ənbar vilayətindəki Əl-Fəllucərayonunda iki yaşayış məntəqəsini mühasirədə saxlayır.
Bu barədə baki-xeber.com Anadolu Agentliyinə istinadən xəbər verir. Xəbərə görə, həmin kəndlərdə ümumilikdə 2000 ailə yaşayır. Əl-Fəllucənin polis rəisi Arif əd-Düleyminin agentliyə bildirdiyinə görə, terrorçular dinc əhalidən qalxan qismində istifadə edir. Onların çoxunu qadın, qoca və uşaqların təşkil etdiyini bildirən polis rəisi onu da deyib ki, İŞİD həmin yaşayış məntəqələrinin onlarla gəncini zindana salıb.