Berlində "Bündnis Nazifrei” (Nasistlərdən Xilas ittifaqı) tərəfindən təşkil olunan mitinqdə azı 13 polis xəsarət alıb.
Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, minlərlə insan Mərkəzi Dəmiryol Vağzalının önünə yığışaraq kansler Merkelin istefasını tələb edib. Ultrasağçı qüvvələrin təşkil etdiyi aksiyada "Merkel getməlidir, biz xalqıq” şüarı qaldırılıb və kanslerin miqrasiya siyasətindən narazılıq ifadə olunub.
Eyni zamanda solçuların da aksiyası keçirilib. Onlar isə "Açıq dünyaya tolerant Berlin” şüarı qaldırıb. İki aksiya iştirakçılarının bir-birinə qarşı sözdən əmələ keçən qarşıdurmasında iş hətta o yerə çatıb ki, onlar qarşı tərəfə butulka atmaqdan belə çəkinməyib. Nəticədə polis gözyaşardıcı qazdan istifadə etməklə aksiyaları dağıtmağa çalışıb. Aksiya iştirakçılarından 5 nəfər saxlanıb. Eyni zamanda aksiya rayonunda park edilmiş 3 avtomobilə də ziyan dəydiyi xəbər verilir.