Moskva vilayətinin Yeqorovsk rayonu, Çyoloxovo kəndində baykerlər qrupuna silahlı hücum olub.
Baki-xeber.com-un utro.ru saytına istinadən xəbərinə görə, nəticədə 5 nəfər həlak olub. Xəbərdə bildirilir ki, baykerlərə "Sayqa” markalı karabindən atəş açılıb. Hüquq-mühafizə orqanlarındakı mənbə agentliyə hadisə ilə bağlı 1988-ci il təvəllüdlü, orta boylu şəxsin axtarışının aparıldığını bildirib. Yerli mətbuatın xəbərinə görə, bazaar günü səhər 06:00 radələrində kənddə 27 yaşlı yerli sakinlə motosikllərdə gəlmiş 5 nəfər arasında konflikt yaşanıb. Nəticədə yerli sakin ov tüfəngindən atəş açaraq onların hamısını qətlə yetirib.
”Cinayətkarın kimliyini 2 şahid qadının ifadələri əsasında təsbit etmək mümkün olub. Belə ki, onlar da baykerlərlə birgə gəlsələr də, cinayəti törədən şəxs qadınlara güllə atmayıb”- mənbənin xəbərində deyilir.