Türkiyənin "Cumhuriyet” qəzetinin baş redaktoru Can Dündar silahlı hücuma məruz qalıb.
RİA”Novosti”nin xəbərinə görə, olay baş yazarın içini araşdıran məhkəmənin qarşısında baş verib. Xəbərdə bildirilir ki, Can Dündar və kolleqası Ərdəm Güllü ötən il 25 noyabrda şpionaj maddəsilə təqsirləndirilərək həbs olunub. Sonradan məhkəmə, jurnalist fəaliyyətlərinin məhdudlaşdırıldığını əsas gətirərək, barələrində hökm çıxanadək onların zaminə buraxılmasına qərar verib.
Məhkəmənin önündə Dündara 3 dəfə atəş açılıb, lakin heç biri ona dəyməyib. Əvəzində prosesi işıqlandırmaq üçün məhkəməyə gəlmiş reportyor yaralanıb.