Bu gün axşam saatlarında Türkiyənin Kilis şəhərinə daha 4 raket mərmisi düşüb.
Baki-xeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 7 nəfər isə yaralanıb.
Qeyd edək ki, daha öncə də Kilis dəfələrlə mərmi atəşlərinə məruz qalıb, nəticədə xəsarət alanlar olub. Türkiyə Silahlı Qüvvələrinin İŞİD-in Suriyadakı mövqelərinə endirdiyi zərbələr nəticəsində terror qruplaşmasının 20 üzvü məhv edilib.