Bu ilin sentyabr ayında ABŞ Türkiyəyə bir neçə göyərtəli döyüş təyyarəsi göndərəcək. Baki-xeber.com-un vesti.ru-ya istinadən xəbərinə görə, EA-6B Prowler təyyarələrinin göndərilməsində məqsəd İŞİD-ə qarşı daha effektiv mübarizə aparmaqdır.
Xəbərdə yeni nəsil təyyarələrin "İncirlik”də yerləşdiriləcəyi bildirilir.
"Prowler koalisiya təyyarələri və quru qoşunları üçün çətir rolunu oynayaraq, radioəlaqələri ələ keçirməklə düşmənin əlaqəyaratma imkanlarını heçə endirəcək ", — ABŞ-ın Avropa komandanlığının açıqlamasında deyilir.