Bazar ertəsi günü, 02 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Prezident İlham Əliyev İslam zirvəsində Qarabağ üzrə yeni təmas qrupuna ilk dövlət qiymətini verdi
Tarix: 15.04.2016 / 00:08
Bölmə: Gündəm
Bütün İslam dünyasından Ermənistana qəti tələb - Azərbaycan torpaqlarından çıx...
Azərbaycan İslam ölkələri ilə əməkdaşlığı prioritet hesab edir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 14-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) XIII Sammitinin birinci sessiyasında çıxışında deyib. Dövlət başçısı çıxışında qeyd edib: "Hörmətli cənab sədr, hörmətli cənab baş katib. Zati-aliləri, sammit iştirakçıları. İlk növbədə əziz qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana İslam Əməkdaşlıq Təşkilatının Sammitinə dəvətə və tədbirin əla təşkilinə görə təşəkkür edirəm.
Son illərdə qardaş Türkiyə beynəlxalq aləmdə artan nüfuzu sayəsində "Böyük İyirmiliyin" üzvü kimi qlobal inkişafa mühüm töhfə verir. İslam Əməkdaşlıq Təşkilatına sədrliyi dövründə Türkiyəyə uğurlar arzulayıram. İslam Əməkdaşlıq Təşkilatının baş katibi cənab Mədəniyə təşkilatımızın inkişafı üçün göstərdiyi səylərə görə təşəkkür edirəm".
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan İslam ölkələri ilə əməkdaşlığı prioritet hesab edir: "Son illər ərzində Bakıda İƏT-ə üzv ölkələrin xarici işlər, mədəniyyət, turizm, təhsil, əmək və digər nazirlərinin 10-a yaxın görüşü olmuşdur. Mən İƏT-in qarşılıqlı dəstək və həmrəylik yolunda fəaliyyətini yüksək qiymətləndirirəm. Bu gün dünyada islamofobiya ciddi təhlükələrdən biridir. Biz bu tendensiyanı qətiyyətlə pisləyirik".
Dövlət başçısı vurğulayıb ki, əslində İslam sülh, mərhəmət, dözümlülük, ədalət dinidir. İslamı terrorla eyniləşdirmək isə səhv və qərəzli yanaşmadır. Terrordan ən çox əziyyət çəkən elə müsəlman ölkələridir: "Hörmətli Sammit iştirakçıları, mən sizin diqqətinizi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb etmək istəyirəm. Ermənistan 20 ildən artıqdır ki, Azərbaycana qarşı işğalçılıq siyasəti aparır. Bu siyasət nəticəsində Azərbaycan ərazisinin 20 faizi - Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon Ermənistan tərəfindən işğal edilmiş, həmin ərazilərdə etnik təmizləmə siyasəti aparılmış və bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ermənistan Xocalı soyqırımını törətmişdir. Beynəlxalq birlik və təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq hüquq normalarına uyğun, ədalətli həllinin tərəfdarıdır. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi vardır. Bu qətnamələrdə erməni silahı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilir. Eyni zamanda, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası Parlament Assambleyası və digər təşkilatlar da oxşar qərar və qətnamələr qəbul etmişlər".
İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyən ədalətli qətnamələrə görə İƏT-ə minnətdarlığını ifadə edib: "Lakin işğalçı Ermənistan bu qərarlara məhəl qoymur və danışıqlar prosesini pozmaq üçün vaxtaşırı silahlı təxribatlara əl atır. Onlardan biri də aprelin əvvəllərində törədilmişdir. Silahlı hücum nəticəsində Azərbaycan hərbçiləri və mülki şəxslər həlak olmuşlar. Azərbaycan Ordusu Ermənistanın təxribatının qarşısını aldı. Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar İƏT qərar qəbul edib ki, xarici işlər nazirləri səviyyəsində kontakt qrupu yaradılsın. Bu qərara görə təşəkkür edirəm.
Hörmətli sammit iştirakçıları, Azərbaycan mütəmadi olaraq mədəniyyətlər və dinlərarası dialoqa öz töhfəsini verir. Aprelin sonunda biz BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu keçirəcəyik. Azərbaycan İslam ölkələri arasında həmrəyliyə böyük əhəmiyyət verir. 2017-ci ildə IV İslam Həmrəylik Oyunları Bakıda keçiriləcəkdir. Bu münasibətlə mən sizin hamınızı bu oyunları seyr etmək üçün Bakıya dəvət edirəm. İnanıram ki, bu tədbir İslam aləmində sülhün və həmrəyliyin möhkəmlənməsinə xidmət edəcəkdir. Sonda mən bir daha Prezident Rəcəb Tayyib Ərdoğana səmimi qonaqpərvərliyə görə təşəkkür edir, Zirvə görüşünün işinə uğurlar arzulayıram. Diqqətinizə görə minnətdaram".
"Ermənistan 20 ildən artıqdır ki, Azərbaycana qarşı işğalçılıq siyasəti aparır. Bu siyasət nəticəsində Azərbaycan ərazisinin 20 faizi - Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon Ermənistan tərəfindən işğal edilib, həmin ərazilərdə etnik təmizləmə siyasəti aparılıb və bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb" - deyə Azərbaycan Prezident bildirib.
XXX
Aprelin 14-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) XIII Sammiti işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Sammitdə iştirak edirlər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşılayıb.
Sonra dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.
İƏT-in qurucu üzvlərindən olan Türkiyənin ev sahibliyi etdiyi XIII Sammit "Ədalət və sülh üçün birlik və həmrəylik" devizi altında keçirilir. Bu Sammit İslam dünyasının layiq olduğu ədalətə və sülhə təhlükə yaradan mövcud problemlərin həll edilməsi, risklərin və təhdidlərin qarşısının alınması yollarının tapılması ilə bağlı İslam aləmində birlik və həmrəyliyə ehtiyac yarandığı bir dövrdə təşkil olunur.
Sammit müqəddəs "Qurani-Kərim"dən ayələrin oxunması ilə başlayıb.
İslam Əməkdaşlıq Təşkilatının XII Sammitinə sədrlik edən Misirin xarici işlər naziri Sameh Şukri çıxışında müsəlmanların və İslam ölkələrinin maraqlarının qorunması baxımından İƏT-in fəaliyyətini yüksək qiymətləndirib. O, Misirin sədrliyi dövründə üzv ölkələrlə əməkdaşlıq şəraitində İslam dünyasında mövcud problemlərin həlli istiqamətində fəal səy göstərdiyini vurğulayıb. Hazırda İslam dünyasında, ərəb ölkələrində, ümumilikdə Yaxın Şərq regionunda ciddi böhranların yaşandığını vurğulayan sədr deyib ki, bu münaqişələrin, terrorun arxasında, xarici qüvvələrlə yanaşı, daxili narazılıqlar da var.
Sameh Şukri son aylarda bölgədə silahlı münaqişələrin, terror hadisələrinin daha da şiddətləndiyini vurğulayaq, bunun ciddi bir təhdid olduğunu bildirib. O, İslam dünyasında mövcud problemlərin, o cümlədən Fələstin məsələsinin, Suriya böhranının, həmçinin son illər artmaqda olan islamofobiyanın və digər problemlərin həlli üçün səylərin birləşdirilməsinin vacibliyini bildirib. Misirin xarici işlər naziri İslam Əməkdaşlıq Təşkilatına sədrliyin Türkiyə Respublikasına keçdiyini elan edib.
İƏT-ə sədrliyi qəbul edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sammitdə çıxış edərək bu tədbirin bütün İslam dünyası üçün uğurlu olmasını arzulayıb.
İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad Amin Madani Sammitə yüksək səviyyədə ev sahibliyinə, eləcə də dünyada İslam ölkələrinin mənafeyini fəal müdafiə etməsinə görə Türkiyəyə minnətdarlığını bildirib. İƏT-in baş katibi təcavüzkar Ermənistanın Azərbaycana qarşı davam etdirdiyi işğalçılıq siyasəti barədə məlumat verib. Müsəlman ölkələrindəki qarşıdurmaların tezliklə həll olunmasının müasir dünyanın qarşısında duran əsas vəzifə olduğunu deyən baş katib diqqətə çatdırıb ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr əsasında həll olunmalıdır. O qeyd edib ki, İƏT problemin həllində Azərbaycana dəstəyini davam etdirəcək. Baş katib əminliklə vurğulayıb ki, İƏT-in İstanbul Sammiti, digər müsəlman ölkələrindəki münaqişələr kimi, Dağlıq Qarabağ problemi barədə də ədalətli və qətiyyətli mövqe nümayiş etdirəcək.
Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nitq söyləyərək toplantının əsas mövzusu olan prinsiplərin dünyada baş verən böhranların, xüsusən də İslam aləmində yaşanan gərginliklərin həll edilməsi baxımından qısa zamanda bərqərar olunmasının əhəmiyyətini vurğulayıb. Rəcəb Tayyib Ərdoğan bu problemlərin əsas səbəbinin dünyada irqçilik, məzhəbçilik, etnik və dini ayrı-seçkiliyin olduğunu qeyd edərək həmin münaqişələr, böhranlar nəticəsində milyonlarla insanın əziyyət çəkdiyini deyib. "Dünyada yaşanan problemlərdən, münaqişələrdən, böhranlardan daha çox əziyyət çəkən sadəcə İslam dünyası və müsəlman ölkələridir", - deyən Rəcəb Tayyib Ərdoğan bu Sammitin müsəlmanların səylərini birləşdirməsi, əməkdaşlığı inkişaf etdirməsi yolunda dönüş nöqtəsi olacağına əminliyini bildirib.
Son illərdə Türkiyədə baş verən terror hadisələrinə diqqət çəkən Prezident Rəcəb Tayyib Ərdoğan bəzi Qərb ölkələrinin terror təşkilatlarına və onların qanlı aksiyalarına ikili standartlarla yanaşdığını, Parisdə, Brüsseldə baş verən terror hadisələri anıldığı halda, Ankara, İstanbul və Lahorda baş verənlərin yad olunmadığını deyib. İslam ölkələrinin qarşıdakı dövrdə sülh, inkişaf və təhlükəsizlik məsələlərinə daha çox diqqət göstərmələrinin əhəmiyyətini vurğulayan Rəcəb Tayyib Ərdoğan qardaşlığı sadəcə sözdə yox, siyasi, iqtisadi, mədəniyyət və bir çox istiqamətlərdə qurulan əməkdaşlıqla da göstərməyin vacib olduğunu bildirib, gənclərin fəaliyyətinin təşkilatlanmasının, qadın hüquqlarının qorunmasının zəruriliyinə diqqət çəkib. İƏT-in qadınlarla bağlı konfransının keçirilməsi, bu sahədə qadın təşkilatının yaradılması təşəbbüsü ilə çıxış edən Rəcəb Tayyib Ərdoğan ortaq Qızıl Aypara Cəmiyyətinin yaradılmasının mümkünlüyünü bildirib, İslam İnkişaf Bankını bu təşəbbüslərə fəal dəstək verməyə çağırıb.
Sonra müsəlman ölkələrində baş verən proseslərlə bağlı qısa film nümayiş etdirilib.
Daha sonra Asiya, ərəb və Afrika ölkələri qrupları adından çıxışlar dinlənib.
Bəhreyn, Bruney, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə, İran, Qazaxıstan, Pakistan, Fələstin, Əfqanıstan, İndoneziya, Malayziya, Banqladeş, İordaniya, Livan, Oman, Özbəkistan, Tacikistan, Qırğızıstan, Maldiv adaları, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, Türkmənistan, Suriya, İraqın daxil olduğu Asiya qrupu adından çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Sammitin işinə və yeni sədrlik dönəmində Türkiyəyə uğurlar arzulayıb.
Sonra ərəb ölkələri qrupu adından Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani, Afrika ölkələri qrupu adından isə Qambiya Prezidenti Yəhya Camme çıxış edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışlara görə dövlət başçılarına minnətdarlığını bildirib.
Sonra Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud çıxış edib.
"Dağlıq Qarabağ probleminin həllilə bağlı İƏT-in Təmas qrupunun yaradılmasını qərarlaşdırmışıq"
İƏT Baş katibi İyad Madani deyib ki, Ermənistan Azərbaycan ərazisi olan Dağlıq Qarabağdan qoşunlarını çəkmir. Baş katib bildirib ki, işğal illərdir davam edir: "BMT Təhlükəsizlik Şurasının, digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı qərarlarına erməni tərəfi əməl etmir. Biz problemin tezliklə həll olunmasını istəyirik. İşğalçı ordu tez bir zamanda zəbt etdiyi torpaqlardan çıxmalıdır. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Azərbaycanın suverenliyi qəbul edilməlidir".
İslam ölkələrinin ərazi bütövlüyünün qorunmasının vacibliyini diqqətə çatdıran İyad Madani deyib ki, İƏT-in təsir gücünün və etibarının artırılması üçün üzv ölkələrin məruz qaldığı haqsızlıqların aradan qalxmasına çalışılmalıdır: "Bu çərçivədə Dağlıq Qarabağ probleminin həll edilməsi istiqamətində İƏT-in Təmas qrupunun yaradılmasını qərarlaşdırmışıq. Təmas qrupunun yaradılması ilə bağlı maddənin İƏT-nin İstanbul Zirvə toplantısının yekun bəyannaməsinə daxil edilməsi gözlənir".
Qeyd edək ki, iki günlük Zirvə toplantısı davam edir. Zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak edir.
Ərdoğan: "Müsəlman ölkələri problemlərini özləri həll etməlidirlər"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə bildirib ki, müsəlman ölkələri problemlərini özləri həll etməlidir. Onun sözlərinə görə, digər ölkələrin müsəlman dövlətlərinin işinə müdaxiləsi yolverilməzdir.
R.T.Ərdoğan BMT-nin Təhlükəsizlik Şurasının yenidən qurulmasına çağırıb: "BMT-nin Təhlükəsizlik Şurasında müsəlman ölkələrindən heç bir daimi üzv yoxdur".
Ərdoğan İƏT ölkələrinin Arbitraj mərkəzinin yaradılmasını təklif edib
Ərdoğan qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatının iştirakçı ölkələri Arbitraj mərkəzi yaratmalıdır. Onun sözlərinə görə, İƏT ölkələri daxili mübahisələrinin nizamlanması üçün beynəlxalq arbitraj məhkəməsinə müraciət etməməlidir.
Davudoğlu: "Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı ortaq mövqe sərgilənməlidir"
"Dünyada müsəlman toplumlarının yaşadığı, zamanla bu və ya digər şəkildə islam kimliyinin silinməyə çalışıldığı torpaqların işğaldan azad edilməsi üçün ortaq mövqe nümayiş etdirməliyik". Bunu isə Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib. Fələstinin müstəqilliyinə qovuşmasının vacib olduğunu söyləyən Ə.Davudoğlu diqqəti Dağlıq Qarabağ münaqişəsinə də yönəldib: "Eyni şəkildə Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsilə də bağlı ortaq mövqe sərgilənməlidir".
Xəbər xidməti
DİGƏR XƏBƏRLƏR
Tarix: 30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
Tarix: 29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi
Tarix: 28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ
Tarix: 28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu -
aktivləri donduruldu
Tarix: 28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” -
85 nəfər saxlandı
Tarix: 27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" -
Ozodbek Nazarbekov
Tarix: 27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi
Tarix: 27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub -
işin içində azərbaycanlılar da var…
Tarix: 26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi
Tarix: 24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə -
gənclər Vuçiçi devirməyə qərarlıdır
Tarix: 22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi
Tarix: 20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı -
həm də insan haqları mövzusunda…
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...
Tarix: 29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
SON XƏBƏRLƏR
02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...
02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” -
müvafiq əməliyyat 2013-cü ildə başlayıb
02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...
02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....
02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi
- seçkiqabağı gözlənilməz qərar verdi...
02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq
02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq?
- İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...
02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır...
Rəsmi Bakının adı çəkilir...
02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub”
- Ermənistandan yeni iddia...
02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...
02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...
02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...
02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır
02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi -
ölkə dərin siyasi böhranda...
02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar...
Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...
02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb
- FOTO
02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?
02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı
02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?
02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir
- Susmaq olmaz...
02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı
02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..
02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...
02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...
02.11.2026 / 15:08
Dövlət qurumunda rüşvət əməliyyatı
- mərkəz direktoru və meşəbəyi həbs edildi
02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...
02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....
02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...
02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq
– “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”
02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası
- Rizvan Qarabağlı yazır...
02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi
- 23 kq-a yaxın narkotik ələ keçirildi...
02.11.2026 / 12:47
Ərdoğan Zəfər Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi
02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI:
SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR
02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb”
- Paşinyan
02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı
02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır"
- Media və Yayım Şurasından xəbərdarlıq...
02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq
02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...
02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi
02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...
02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik"
- Tramp amerikalılara səsləndi
02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər
- İranlı deputat açıqladı…
02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi
- Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…
01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
- VİDEO
01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…
01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib
- FOTO
01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…
01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...
01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...
01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub
- FOTO
01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz"
– Mətbuat Şurasının sədri
01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə
- AQTA araşdırmalara başladı...
01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə
- öncə qəza, ardınca partlayış…
01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…
01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…
01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"???
Daha bu qədər də yox axı...Ağ eləməyin...
01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…
01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı
01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur"
- Prezident
01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir"
- Vüqar Rəhimzadə
01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı -
dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı
01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər
- Tramp açıqladı…
01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı
- bu, cəmi on dəqiqə çəkə bilər…
01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı
– yaralılar var…
01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..
01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj
– geri qayıdacağıq…
31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi
– müvəqqəti kabinetin yaradılması təklif edildi…
31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası
31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır
– etirazçılarla polis arasında toqquşmalar baş verib…
31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı…
Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…
31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı
- tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…
31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…
31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı
- ABŞ üçün oyunun sonu olacaq…
31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…
31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı
– bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…
31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı
– təzminat tələbini isə rədd etdi…
31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir
- prezidentə qarşı prokurorluğa çağırış edildi…
31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər
- Körfəz ölkələri Vaşinqtona çağırış etdi…
31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı
31.10.2026 / 14:58
Polşada gərginlik artır
– Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
Tarix: 28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi -
Yunanıstan dəstəkləndi...
XƏBƏR ARXİVİ