FTB xüsusi təyinatlıları Dağıstanda növbəti əməliyyat keçirib.Baki-xeber.com-un vesti.ru-ya istinadən xəbərinə görə, əməliyyat nəticəsində 3 bandit məhv edilib.
Xəbərdə bildirilir ki, onlardan biri "Mahaçqala dəstəsi”nin, digəri isə "Qunibsk dəstəsi”nin başçısıdır. Milli antiterror komitəsinin informasiya şöbəsinin məlumatına görə, Rusiya FTB-nin əməliyyatı nəticəsində məhv edilən Qunibsk dəstəsi”nin başçısı, 1991-ci il təvəllüdlü Əhməd Şamxalov federal axtarışda olub. Hüquq-mühafizə orqanlarının xəbərinə görə, o, əməliyyatçıların silahı yerə qoymaq çağırışına əməl etməyib və nəticədə məhv edilib. Onun üzərindən avtomat silah, tapança və digər sursatlar götürülüb.
Hazırda əməliyyatın davam etdiyi bildirilir.