Aprelin 13-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın adından İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitində iştirak etmək üçün İstanbula gələn dövlət və hökumət başçılarının şərəfinə nahar verilib.
Baki-xeber.com-un Prezidentin rəsmi İnternet səhifəsinə istinadən xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva naharda iştirak edib.