Aparılan xüsusi əməliyyat nəticəsində Mahaçqalanın Leninkənd rayonunda üç nəfər silahlı məhv edilib. Baki-xeber.com bu barədə "Vestnik Kavkaza” saytından məlumat əldə edib.
Məlumatda o da bildirilir ki, hazırda hadısə yerində partlayıcı qurğular üzrə mütəxəssislər işləyir. "Onlar çox zaman əldədüzəlmə bombalardan istifadə edirlər. Mütəxəssislər ərazidə belə partlayıcıların olub=olmadığını araşdırır” – deyə hüquq-mühafizə orqanının əməkdaşı bildirib.
Xatırladaq ki, bu gün səhər saatlarında sözügedən rayonda antiterror rejimi (KTO) tətbiq olunub.