Ötən il 1 aprel tarixində İstanbulda çeçen komandiri Vahid Edelgiriyevi qətlə yetirən dəstənin iki rus üzvü yaxalanıb.
Baki-xeber.com-un "Habertürk”ə istinadən xəbərinə görə, istintaqa ifadə verməkdən imtina edən Yuri Anisimov və Aleksandr Smirnov məhkəməyə təhvil verilib. Onların hər ikisinin üzərindən saxta İnterpol kimliyi çıxıb. Onların Avropa ölkələrində kəşfiyyat məqsədilə çəkilişlər apardığı təsbit edilib. Bunun təsdiqi olaraq da onların üzərindən müxtəlif fotolar, ardıcıl nömrəli dollarlar, USB memori kartı, nömrə və PIN/PUK bilgileri telefonlara yapışdırılmış 5 telefon götürülüb. Fotolarda əsasən avtoparkların, maşın nömrələrinin, otellərin güvenlik kameraları və otaqlarının yer aldığı bəlli olub. Bir Avropa ölkəsində isə onların gün boyu tək bir nöqtətə güvənlik kamerasının hərəkətini müşahidə etdikləri və saatbasaat fotolarını çəkdikləri diqqət çəkib.
Xəbərdə rus kəşfiyyatçılarının tutulması istiqamətində İstanbulda 6 aydır əməliyyat aparıldığı da bildirilir.